Home Top Ad

London metrosu haqqında

Share:
London metrosu və ya ingilislərin dediyi kimi Underground ilk dəfə 154 il bundan öncə – 1863-cü ildə istifadəyə verilib.

Bu dünyada ilk yeraltı dəmir yolu xəttidir. Londonda metro ucuz deyil, dünyanın ən bahalı nəqliyyatlarındandır. Ən ucuz gediş 2.4 funtdur (5.6 AZN). Metro kartı olan Oyster Carddan istifadə adi kağız biletdən istifadədən daha sərfəlidir.

Kartın qiyməti 5 funtdur və aldığınız gündən 3 gün sonra kartı qaytarıb pulunuzu geri ala bilərsiniz. London metrosunun şəbəkəsi çox genişdir və mərkəzdən 55-60 km məsafəyə qədər uzanır.

LONDON FAREMetro 9 zonaya bölünür və kartınızdan pul metroya girəndə yox, çıxanda çıxılır. Buna səbəb isə səfər etdiyiniz stansiyadan asılı olaraq qiymətin dəyişməsidir. Bu linkdə hansı stansiyadan hansına gedəcəyinizi qeyd etməklə səfərin qiymətini öyrənə bilərsiniz. Bu məlumat sizə ev/otel/hostel seçəndə də lazım ola bilər.

 Stansiya sayı 270, xətt sayı isə 11 olduğu üçün London metrosundan istifadə bir qədər qəlizdir. Bunun üçün bir stansiyadan digərinə necə getmək lazım olduğunu bilmək üçün çoxlu aplikasiyalar yaradılıb, elə google map vasitəsi ilə də öyrənmək olar.

Bu linkdə hardan hara və nə vaxt gedəcəyinizi qeyd etməklə səfər marşrutunu görə bilərsiniz.

London metrosu haqqında bəzi maraqlı məlumatları paylaşıram.

  • Stansiya sayı: 270
  • İllik sərnişin  daşınması: 1.37 milyard
  • Metro xətlərinin uzunluğu: 402 km
  • Ən sıx metro stansiyası: “Waterloo” st. – illik 100.3 milyon sərnişin
  • Qatarların illik kilometrajı: 83.6 milyon km
  • Qatarların orta sürəti: 33 km/s
  • Ən uzun tunel: 27.8 km “East Finchley”-dən  “Morden”-ə
  • Ən uzun eskalator: 60 metr – “Angel” stansiyası
  • Ən çox platforması olan stansiya: 10 platforma – “Baker Street” stansiyası
  • Stansiyaya düşən ən dərin lift: 55.2 metr –  “Hampstead” st.
  • Stansiyalar arası ən uzun məsafə: 6.3 km – “Chesham”-dən “Chalfont & Latimer”-a
  • Stansiyalar arası ən qısa məsafə: 0.3 km “Leicester Square”-dən “Covent Garden”-ə
  • Ən uzun bir başa yol: 54.9 km  “Epping”-dən “West Ruislip” stansiyasına
Mənbə: Azər İsmayılın bloqu

No comments