Home Top Ad

2018-ci ildə Gürcüstanda 44 yeni otel açılıb

Share:

2018-ci ilin sonuna olan məlumata görə, Gürcüstanda 1 639 otel və mehmanxana tipli müəssisə fəaliyyət göstərib.

Gürcüstan Statistika Komitəsinin məlumatına görə, otellərin sayı 2017-ci illə müqayisədə 44 ədəd çoxdur, amma son beş il ərzində onların sayı ikiqat artıb.

Ötən il otellərdə nömrələrin sayı 2 529 artaraq 33 186 təşkil edib. Hər bir otelə orta hesabla 20 nömrə düşür. 2010-cu illə müqayisədə nömrələrin sayı üç dəfə artıb.

2018-ci ildə otellərdə 3,7 milyon nəfər qalıb ki, bu da 2017-ci ildəkindən 285 000 çoxdur.
Gürcüstanda otellərdə 19 261 nəfər çalışır.

No comments